Bakı-Qazax magistral yolunun 456-cı kilometrliyində, Ağstafa rayonu ərazisində 7 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bakı-Qazax magistral yolunun 456-cı kilometrliyində, Ağstafa rayonu ərazisində 7 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Bakı-Qazax magistralında ağır qəza - 7 yaralı

Bakı-Qazax magistral yolunun 456-cı kilometrliyində, Ağstafa rayonu ərazisində 7 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.


AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Ağstafa rayon Qırlı kənd sakini, 1994-cü il təvəllüdlü Tural Abbasovun idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Sərxan Muxtarovun idarə etdiyi "Nissan X-Trail" markalı maşın toqquşub

Qəza nəticəsində sürücülər və sərnişinlər, 1995-ci il təvəllüdlü Turan Abbasov, 1998-ci il təvəllüdlü Kənan Umarov, 1962-ci il təvəllüdlü Qərənfil Muxtarova, 1992-ci il təvəllüdlü Əminə Şahquliyev, 1961-ci il təvəllüdlü Telman Muxtarov müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Ağstafa Mərkəzi rayon Xəstəxanasına oradan isə 4 yaralı Qazax Diaqnostika Mərkəzinə, bir nəfər-T. Muxtarov isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. İki nəfər isə ambulator müalicəyə buraxılıb.

Məlumata görə "Ford"da olanlar Ağstafadan qız toyundan çıxaraq Bakıya oğlan toyuna gedirlərmiş.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.