İlham Rəhimovun ailəsinə ASALA-dan təhdid

Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan, əməkdar hüquqşünas, professor İlham Rəhimov Moskvada olan ailəsini Azərbaycana gətirib. AzNews.az-a daxil ola məlumata görə, buna ermənilərin ASALA terror təşkilatının İ.Rəhimovun ailəsinə qarşı təhdidləri səbəb olub.

Belə ki, ailəsini bu təhdidlərdən qorumaq üçün professor övladlarını ölkəmizə gətirmək məcburiyyətində qalıb.

Məlumat üçün bildirək ki, zabit Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradasiya edilməsində İlham Rəhimovun da vasitəçilik etdiyi bildirilirdi. Ramil Səfərov Azərbaycana gətirilərək əfv edildikdən sonra ASALA azərbaycanlı diplomatları, tanınmış iş adamlarını terrorla hədələyib.

Elnarə Əlosmanqızı
AzNews.az