Sumqayıtda yanğın

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib. AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istindən verdiyi məlumata görə, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 800 kvadrat metr olan polietilen boru hazırlanan sexin içərisində 50 kvadrat metr sahədə polietilen borular hazırlanması üçün istifadə olunan xammal yanıb.

Sexin qalan hissəsi və içərisindəki məhsullar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sevinc
AzNews.az