Daş boşaldan “Kamaz” aşdı

Oktyabrın 26-da Şamaxı şəhərində vətəndaşa məxsus "Kamaz" markalı yük avtomobili daş boşaldan zaman aşıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, sürücü maşında sıxılımış vəziyyətdə qalıb. Sürücünün çıxarılması üçün yanğınsöndürən - xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilib.
Nəhayət, avtomobildən çıxarılan sürücü aidiyyəti üzrə quruma təhvil verilib.

Elnarə Əlosmanqızı
AzNews.az