Baş prokuror Zakir Qaralov Rusiya Federasiyasının Baş prokuroru Yuriy Çaykaya müraciət ünvanlayıb. Baş prokuror Zakir Qaralov Rusiya Federasiyasının Baş prokuroru Yuriy Çaykaya müraciət ünvanlayıb.

Baş Prokuror rusiyalı həmkarına müraciət etdi – Zorakılıq faktı ilə bağlı

Baş prokuror Zakir Qaralov Rusiya Federasiyasının Baş prokuroru Yuriy Çaykaya müraciət ünvanlayıb.


Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, müraciətə səbəb 2015-ci ilin iyulunda Sankt-Peterburq şəhərində polis əməkdaşının sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rusiya Federasiyasının vətəndaşı İradə Rəcəbəliyevaya və onun yetkinlik yaşına çatmayan övladlarına qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədardır.

Müraciətdə azərbaycanlı ailəsinə qarşı törədilmiş qanunazidd hərəkətlər qəti şəkildə pislənərək, polis əməkdaşı tərəfindən yol verilmiş cinayət hadisəsinin ictimaiyyət arasında rezonans doğurması bildirilməklə cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə araşdırma aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.