- Köhnə - Hadisə
- 28 Oktyabr 2012 10:14
- 3 180
Daha bir ailə faciəsi
Bu barədə APA-nın Mil-Muğan bürosuna Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Hadisə Ələt-Astara magistral yolunun 24-cü kilometrliyində - Salyanın Kürsəngi kəndi ərazisində qeydə alınıb.
Cəlilabad rayonunun Adnalı kənd sakini, 54 yaşlı Zaur Əli oğlu Əliyevin idarə etdiyi BMW markalı maşın Astara istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı avtomobil yararsız hala düşüb.
Qəzada sürücü, sürücünün həyat yoldaşı, 25 yaşlı Röyalə Məmmədova, bacısı 29 yaşlı Elnarə Əliyeva və 5 yaşlı oğlu Kamran Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən Elnarə Əliyeva yolda dünyasını dəyişib.
Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
AzNews.az