- Köhnə - Hadisə
- 15 Noyabr 2015 23:36
- 3 576
5 otaqlı ev yandı
Oğuz rayonunda yanğın baş verib.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Astraxanovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 110 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.