- Köhnə - Hadisə
- 30 Oktyabr 2012 05:59
- 4 180
“Qara magiya” ilə məşğul olan qadın özünü öldürdü

Lökbatan sakini, 1959-cu il təvəllüdlü Ömərova Svetlana Ömərovna yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətlə xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
Polisdən həmçinin bildirilib ki, S. Ömərova "qara magiya" ilə məşğul olurmuş. Onun intihar etməsinə də bu səbəb olub. Belə ki, mərhum ölməzdən xəstəxanada polisə verdiyi ifadəsində onu intihara qara qüvvələrin vadar etdiyini deyib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
AzNews.az