“Azərbaycana yağan güclü qar səbəbi ilə hazırda Bakı-Balakən istiqaməti üzrə hərəkət edən qatar Qax rayonunda dayanıb”. “Azərbaycana yağan güclü qar səbəbi ilə hazırda Bakı-Balakən istiqaməti üzrə hərəkət edən qatar Qax rayonunda dayanıb”.

Güclü qar qatarın hərəkətini dayandırdı - Azərbaycanda

“Azərbaycana yağan güclü qar səbəbi ilə hazırda Bakı-Balakən istiqaməti üzrə hərəkət edən qatar Qax rayonunda dayanıb”.


Bunu AzNews.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Qurum rəsmisi bildirib ki, qatarın dayandığı ərazidə təmizlik işləri görülür: "Yolun təmizlənməsi bir az vaxt aparacaq. Bu səbəbdən sərnişinlərin ünvana çatdırılması üçün onların nəqliyyat vasitəsi ilə təmin edilməsi üçün Qax rayon İcra Hakimiyyətinə müraciət olunub.
Yağan qarın səviyyəsi 70-80 sm təşkil edir. Əslində qatar hərəkətini davam etdirə bilər. Amma təhlükəsizlik baxımından biz özümüz qatarın hərəkətini dayandırmışıq".

Nadir Əzməmmədov qeyd edib ki, qarlı hava şəraitinə görə digər istiqamətlərdə qatarların hərəkətində hər hansı problem yoxdur.

Sevinc Yasinqızı