“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdlən daha birinin cəsədi Türkmənistan sahillərində tapılıb. “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdlən daha birinin cəsədi Türkmənistan sahillərində tapılıb.

Daha bir neftçinin meyiti tapıldı - Türkmənistanda

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdlən daha birinin cəsədi Türkmənistan sahillərində tapılıb.


AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-in Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65 km uzaqlıqda "Kursor" gəmisi kişi cəsədi aşkar edilib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus "Topaz Leqenda" gəmisinə məlumat ötürülüb və cəsəd borta alınaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədin üzərində olan xilasedici qeyimində "Azneft" yazısı müəyyən edilib.

Xatırladaq ki, dekabrın 4-də axşam saatlarında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. SOCAR-dan verilən məlumata görə, yanğına səbəb güclü tufanın saat 17:40 radələrində yataqdakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması olub.

Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 7-nin meyiti tapılıb, 33 nəfər təxliyyə olunub, 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.

Axtarışları davam etdirilən şəxslər aşağıdakılar idi:

1. Qasımov Mübariz Dilqəm o. 21.01.1958
2. Rzaxanov Edik Rivazin o. 15.01.1983
3. Babazadə Tural Fətəli o. 01.09.1993
4. Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
5. Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
6. Qasımov Bayram Mirzəağa o. 20.03.1978
7. Abdullayev Adil Ələkbər o. 19,02,1953
8. Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
9. Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
10. Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
11. Niyazov Seyfəddin Abil o. 09.02.1968
12. İskəndərov İnqilab Osman o. 29.11.1957
13. Mayborda Oleq Akimoviç 21.11.1971
14. Əhmədov Canbaxış Əhməd o. 21.02.1962
15. İbrahimov Xalid Bəşir o. 12.08.1971
16. Həsənov Zaur Vahid o. 24.12.1975
17. Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
18. Hüseynov Bəhlul Sirac o. 25.11.1969
19. Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
20. Xəlilov Zaur Arif o. 15.09.1975
21. Şahmarov Sahib Güloğlan o. 02.08.1973
22. Əliyev Əyyub Xəlil o. 22.07.1973