Bakı şəhər Prokurorluğu paytaxtda polislərin düşdüyü ağır qəza ilə bağlı məlumat yayıb. Bakı şəhər Prokurorluğu paytaxtda polislərin düşdüyü ağır qəza ilə bağlı məlumat yayıb.

Polislərin düşdüyü qəza ilə bağlı - Rəsmi açıqlama

Bakı şəhər Prokurorluğu paytaxtda polislərin düşdüyü ağır qəza ilə bağlı məlumat yayıb.


Prokurorluqdan AzNews.az-a daxil olan məlumatda bildirilir ki, yanvarın 4-də saat 01 radələrində 1993-cü il təvəllüdlü Seyran Seyidov sərxoş vəziyyətdə idarə etdiyi "KİA" markalı, 90 NK 946 dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli küçəsi ilə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçərək Bülbül prospekti ilə hərəkətdə olan Nəsimi Rayon Mühafizə İdarəsinə məxsus "Volkswagen" markalı 99 AP 139 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə "Volkswagen" markalı avtomobildə olan sərnişin, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı İsa Şirinov Klinik Tibbi Mərkəzə (KTM) yerləşdirilib və aldığı xəsarətdən orada vəfat edib. Həmin avtomobilin sürücüsü Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Bəhrəm Ələkbərov isə kəllə-beyin travması ilə KTM-ə yerləşdirilib.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

"KİA" markalı avtomobilin sürücü S.Seyidov şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.