Bakıda daş karxanasında yanğın olub. Bakıda daş karxanasında yanğın olub.

Daş karxanasında yanğın - Ustanın meyiti tapıldı

Bakıda daş karxanasında yanğın olub.


AzNews.az- ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 1-də Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən daş karxanalarından birində baş verib.

Ümumi sahəsi 14 kvm. olan yardımçı otaqda yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra orada usta işləmiş Ağcabədi rayon sakini Abbas Aslanovun yanmış meyiti tapılıb.