17 yaşlı oğlan bıçaqlandı - Gəncədə

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Kazımov Cavid Ramil oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Məlumata görə, hadisə şəhəri Mahrasa Bağı yaşayış massivində yerləşən çayxanada baş verib. Cinayətin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.