Ötən ilin dekabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 48 nəfər saxlanılıb. Ötən ilin dekabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 48 nəfər saxlanılıb.

Dövlət sərhədini pozan 48 nəfər saxlanıldı

Ötən ilin dekabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 48 nəfər saxlanılıb.


Dövlət Sərhəd Xidmətindən AzNews.az-a verilən məlumata görə, saxlanılanların 21 nəfəri Azərbaycan, 13 nəfəri Banqladeş, 5 nəfəri Özbəkistan, 4 nəfəri İran, hər ölkədən bir nəfər olmaqla Rusiya, Qırğızıstan, Pakistan, Tacikistan, Moldova vətəndaşlarıdır.

Sərhəd rejim qaydalarını pozduqlarına görə Xəzər dənizində 5 halda 5 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlğa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 399 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 13 kiloqram 123 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Dekabrın 6-da Biləsuvar rayonunun Səmədabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən axtarış tədbirləri nəticəsində dövlət sərhədində gizlədilmiş 6 kiloqram 190 qram heroin, 3 kiloqram 65 qram marixuana, 1 kiloqram 160 qram tiryək, 30 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Dekabrın 18-də Cəlilabad rayonunun Zəhmətabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Cəlilabad rayon sakini Əliyev Cavid Zikrəli oğlu 1 kiloqram tiryək və 1,3 kiloqram heroini Azərbaycana gətirmək istəyərkən yaxalanıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 71 halda ümumi dəyəri təqribən 932 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd beşaçılan tüfəng, 26 ədəd 12 mm-lik patron, 2 ədəd beşbarmaq, 20 020 ABŞ dolları, 14 ədəd mobil telefon, 1 ədəd durbin, 10 444 qutu siqaret, 11 121 ədəd pirotexniki vasitə, müxtəlif dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.

Sevinc