ABŞ yeni bəla ilə üz-üzə

Prezident seçkiləri baş tutmaya bilər



Yaxın günlərdə ABŞ-ın şərq sahillərində güclü qasırğanın təkrarlanacağı proqnozlaşdırılır. Yerli sinoptiklər hesab edirlər ki, qasırğanın prezident seçkilərinin keçiriləcəyi gün, noyabrın 6-da baş verəcəyi gözlənilir.

ABŞ-ın şimal-şərq hissəsində yerləşən ştatlarda güclü külək, yağış, hətta qar tufanı müşahidə oluna bilər. Bu səbəbdən ölkə ərazisində prezident seçkilərinin keçirilməsində problemlər yarana bilər.

Xatırladaq ki, oktyabrın 30-da ABŞ-ın şimal-şərq ştatlarında baş verən qasırğa 106 nəfərin ölümünə səbəb olub.

AzNews.az