Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var.

Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, yanvarın 19-da gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-10,, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6 isti, gündüz 8-13 isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.