- Köhnə - Hadisə
- 21 Yanvar 2016 15:01
- 2 071
Qanunsuz silah saxlayan şəxs yaxalandı - Bakıda

Bakı şəhər sakini Orxan Hümbətovun yaşadığı mənzilinə baxış zamanı tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan Orxan Hümbətovun yaşadığı mənzilinə baxış zamanı "TT" markalı tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.