Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının Dilçilik İnstitutunda iclası keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının Dilçilik İnstitutunda iclası keçirilib.

Dilçilik İnstitutunda kadr təyinatları oldu

Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının Dilçilik İnstitutunda iclası keçirilib.


İnstitutdan AzNews.az-a verilən məlumata görə, Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanovun rəhbərliyi ilə keçirilən iclasda Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, institutun rəhbər şəxsləri və işçiləri iştirak ediblər.

İclasda Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin böyük elmi işçisi Cahid Kazımov institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Təranə Şükürlü və Rasim Heydərov isə onun müavinləri seçilib.