“İstanbulda vəfat etmiş Fəxrəddin Əliyevin İslam Konfransı Gənclər Forumunun əməkdaşı olması haqqında mətbuatda yayılmış məlumatlar həqiqətə uyğun deyil”. “İstanbulda vəfat etmiş Fəxrəddin Əliyevin İslam Konfransı Gənclər Forumunun əməkdaşı olması haqqında mətbuatda yayılmış məlumatlar həqiqətə uyğun deyil”.

Fəxrəddin Əliyev əməkdaşımız olmayıb - İslam Konfransı Gənclər Forumu

“İstanbulda vəfat etmiş Fəxrəddin Əliyevin İslam Konfransı Gənclər Forumunun əməkdaşı olması haqqında mətbuatda yayılmış məlumatlar həqiqətə uyğun deyil”.


Bu barədə İslam Konfransı Gənclər Forumunun Bakı ofisindən verilən məlumatda deyilir.

Ofisin əməkdaşı Alpay Əhmədov bildirib ki, F. Əliyev İslam Konfransı Gənclər Forumunun (İKGF) Katibliyinin əməkdaşı olmayıb.

"O, İKGF-nin nəzdində fəaliyyət göstərən İƏT Gənc İş Adamları Şəbəkəsinin İqtisadi Şurasında 2013-14-cü ildə ekspert qismində iştirak edib. Lakin həmin Şuranın səlahiyyəti 2014-cü ildə, Fəxrəddin Əliyevin ekspert qismində akkreditasiyasının müddəti isə 2015-ci ilin martında bitib və bu barədə İKGF tərəfindən Türkiyə XİN-i həmin vaxt rəsmən məlumatlandırılıb. Mərhumun ailəsinə bu faciəvi ölümlə əlaqədar başsağlığı veririk", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Türkiyə mətbuatında Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun və İslam Konfransı Gənclik Forumunun əməkdaşı olduğu iddia edilən F. Əliyevin intihar etməsi barədə xəbər yayılıb. Lakin Azərbaycan Xarİci İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında F. Əliyevin XİN sistemində çalışmadığını söyləyib. Azərbaycan İstanbuldakı Baş Konsulluğundan da bildiriblər ki, F. Əliyevin konsulluğa bağlı heç bir diplomatik fəaliyyəti olmayıb.

F. Əliyev Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarından biridir. O, "Farko" şirkətinin sahibidir. F. Əliyev Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin qurucularından olub.

Apa