- Köhnə - Hadisə
- 25 Yanvar 2016 13:40
- 3 525
Cəlilabad sakinindən xeyli miqdarda narkotik götürüldü
 
            Cəlilabad şəhər sakini Rasim Əliyevdən 7,5 kq tiryək və 3,15 kq marixuana götürülüb.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini Rasim Əliyevdən 7 kiloqram 500 qram tiryək və 3 kiloqram 150 qram marixuana götürülüb.
 
                 
                             
                             
                             
                             
                             
                            