Son günlərdə Azərbaycanda müəllim şagird münasibətlərinin gərginliyini əks etdirən videogörüntülər fonunda daha bir çarx yayılıb. Son günlərdə Azərbaycanda müəllim şagird münasibətlərinin gərginliyini əks etdirən videogörüntülər fonunda daha bir çarx yayılıb.

Qadın direktor kişi müəlllimi döydü - Daha bir məktəb biabırçılığı (VİDEO)

Son günlərdə Azərbaycanda müəllim şagird münasibətlərinin gərginliyini əks etdirən videogörüntülər fonunda daha bir çarx yayılıb.



Bu dəfə münaqişə müəllim və direktor arasında düşüb. Maraqlısı odur ki, Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinin müəllim və direktoru arasında mübahisə bir müddət öncə baş versə də, görüntülər yeni yayılıb.

17 ildir hərbi hazırlıq müəllimi kimi çalışan Əmirov Qalabəy Tomar oğlu məktəbin direktorunun onu sillələdiyini iddia edir. Müəllimin sözlərinə görə, məktəbin direktoru Mənsurə Şahverənova onu təhqir edərək, müəllim kollektivi və şagird kontigentinin içərisində hücum edib, sillə vurub. Həmin anı lentə alan Qalabəy müəllim deyir ki, direktor heç kimdən qorxmadığını deyir.

"Mənim 58 yaşım var. Bu hadisədən sonra bu günkü günə kimi kollektiv içində və şagirdlər arasında özümü təhqir edilmiş hesab edirəm. Lakin mən onun qadınlığına hörmət etdim, heç bir söz demədən məktəbi tərk etdim. Qoy bu cür qadının cəzasını bizim cəmiyyət versin".



Anspress.com