Paytaxt Bakıda və Abşeron rayonunda yanğın hadisələri baş verib. Paytaxt Bakıda və Abşeron rayonunda yanğın hadisələri baş verib.

Abşeronda köşk, Bakıda isə ev yandı

Paytaxt Bakıda və Abşeron rayonunda yanğın hadisələri baş verib.


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Mehdiabad-Balaxanı yolunda ümumi sahəsi 8 kv.m olan gözətçi köşkünün taxta döşəməsi 1 kv.m sahədə və içərisində olan 1 ədəd elektrik tənzimləyicisi yanıb.

Köşkün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Həmçinin, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli, kürsülü 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.