Təcrübəli qapıçı «Neftçi»ilə danışıqları davam etdirir Təcrübəli qapıçı «Neftçi»ilə danışıqları davam etdirir

Kamran Ağayevin transfer qiyməti məlumdur

Təcrübəli qapıçı «Neftçi»ilə danışıqları davam etdirir



Milli komandamızın qapıçısı Kamran Ağayev üçün "Xəzər Lənkəran" dönəmi tamam bitib. "ağ-yaşıllar" təcrübəli qolkiperi tranferə çıxarıb. Artıq onun satış qiyməti də məlumdur: 250 min ABŞ dolları. AzNews.az-ın əldə etdiyi bilgiyə görə, futbolçu ilə danışıq zamanı transfer məbləği 1 milyon dollar təşkil edib.

Sonra qiymət 400 minə endirilib. Amma qapıçının "gəmiqayıranlar"la müqaviləsinin mövsümün sonunda başa çatması, məbləğin yenə aşağı salınması ilə nəticələnib.

AzNews.az-a daxil olan xəbərə görə, Kamran Ağayev ölkə çempionu "Neftçi" ilə danışığı davam etdirir. Çox güman, təcrübəli qolkiper qışda "ağ-qaralar"la anlaşacaq.

Kamran Hacı
AzNews.az