Sabah kikboksinq versiyası üzrə XXII Azərbaycan çempionatına start veriləcək. Sabah kikboksinq versiyası üzrə XXII Azərbaycan çempionatına start veriləcək.

“Qapımız hər kəsə açıqdır“ - Adil Əliyev

Sabah kikboksinq versiyası üzrə XXII Azərbaycan çempionatına start veriləcək.


AzNews.az xəbər verir ki, bununla bağlı Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev feysbuk səhifəsində yazıb.
"Əziz dostlar, idmansevərlər və media mənsubları. Sizləri "Narkomaniya və uşaq cinayətkarlığına qarşı" adı altında keçiriləcək kikboksinq versiyası üzrə XXII Azərbaycan çempionatına dəvət edirəm. Bir sözlə, qapımız hər kəsə açıqdır",-deyə millət vəkili qeyd edib.

Yarış fevralın 15-də, saat 10:00-da baş tutacaq. Rəsmi açılış mərasimi isə 16:00-da olacaq. Final döyüşləri 17 fevral 2016-ci il tarixində saat 18:00-da gerçəkləşəcək. Çempionat Bakı İdman Sarayında (Əl Oyunları İdman Sarayı, Bakı, Səbail, Neftçilər, 26a) keçiriləcək.