Fizuli Musayev şəxsi həyatından danışdı - “Qadınlar çox şeyi bağışlayır...”

Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Dünya Taekvondo Federasiyasının Gənclər Komitəsinin üzvü Fizuli Musayev “Yoldaş Rövşanə” verilişinin qonağı olub.


Polkovnik F.Musayev proqramda şəxsi həyatı barədə maraqlı açıqlamalar verib:

"Mənə ən yaxın olan şəxs həyat yoldaşımdır, onunla hisslərimi bölüşürəm. 23 yaşımda ailə həyatı qurmuşam, peşman deyiləm. 32 ildir ki, evliyəm. 9 yaşlı nəvəm var, oğlandır və bu, böyük bir xoşbəxtlikdir. Sevməyən insan var? Sevginin də növləri var. Valideynə, anaya sevgini misal çəkərdim. Sizə bir söz deyim ki, qadınlar daha çox sədaqətlidir. Qadınlar çox şeyi bağışlayır, göz yumur. Kişilərdə isə eqoizm bir az çoxdur".

Vitse-prezident bildirib ki, bişirdiyi yeməkləri xanımına hədiyyə edir:

"Həyat yoldaşıma həmişə gül alıb verirəm. Hansı gülü sevdiyini bilirəm, elə o güldən də alıram. Sizə deyim ki, yaxşı yeməklər bişirə bilirəm. Mən bişirdiyimi hər qadın hazırlaya bilmir. Həmin yeməkləri xanımıma hədiyyə edirəm. Düşünürəm ki, mətbəxtdə istirahət edirəm. Yeməyə bütün sevgimi qoyuram. Qadınlar yemək bişirməyə iş, kişilər isə incəsənət kimi baxır".

qafqazinfo.az