Hafiz Məmmədov bu gün klub daxili toplantı keçirəcək

Qış fasiləsində "Bakı" klubunda böyük dəyişiklik olacaq. Komandaya yeni məşqçilər və futbolçular gətiriləcək. Əvvəlki dönəmdən fərqli olaraq, bu dəfə "zolaqlılar" transferlərdə yerli oyunçulara üstünlük verəcəklər.

Bu barədə AzNews.az-a etibarlı mənbədən məlumat verilib. Qaynağımızın bildirdiyinə görə, "Bakı"nın yaydan bəri davam edən uğursuzluğuna səbirlə yanaşan klub prezidenti, nəhayət, vəziyyəti dəyişmək qərarına gəlib.

Du gün bununla bağlı Hafiz Məmmədov mövsümdə ilk geniş toplantı keçirəcək. Yığıncaq ziyafət şəklində olacaq. Hamının fikri dinləniləcək.

Kamran Hacı
AzNews.az