Ağırlıqqaldıranımız nişanlısı ilə siqaret çəkib, viski içərkən - QALMAQAL

Nişanlısı İvan Stoitsov üzündən Azərbaycan milli komandasının şərəfini qorumaqdan imtina edən Boyanka Kostovanın (58 kq) ətrafında qalmaqal səngimək bilmir.

Ölkəmizə 100 min avroya başa gəlmiş qadın ağırlıqqaldıranın öz "facebook" səhifəsində yarına sevgisini ifadə edən şəkillərin birində diqqətçəkən məqam var: hazırda vətənləri Bolqarıstanda məhəbbət dolu günlər keçirən aşiqlər, restoranların birində əylənərkən idmançı olduqlarını unudublar. Fotoda sevgililər idmançıya qadağan edilmiş içkinin - viskinin ləzzətini daddıqları görünür. Bu azmış kimi, gənclər siqaret çəkməkdən də çəkinməyiblər.

Buradan aydın görünür ki, eşq Boyanka ilə İvanın ağlını başlarından çıxarıb. İndi onları nə Azərbaycan milli komandası, nə də ağırlıqqaldırma maraqlandırır. Sevgililər səbirsizliklə toy gününü gözləyirlər.

Kamran Hacı
AzNews.az