«Neftçi» əvəz çıxacaqmı?

Bu gün Topaz Premyer Liqasında XIII tura start veriləcək. AzNews.az
xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək. 7 qat ölkə çempionu "Neftçi" Sumqayıtın eyni adlı komandasını qəbul edəcək.

Ötən qarşılaşmada "Qəbələ"yə uduzmaqla ilk "altılıq"dan ayrı düşən "ağ-qaralar", bu matçda qalib gəlib geri qayıtmaq niyyətindədir. Amma hədəfə çatmaq asan olmayacaq. Birinci dövrədə Böyükağa Hacıyevin komandasını 3:2 üstələyən "şəhərlilər", artıq flaqmanı məğlub etməyin yolunu bilir.

"8-ci kilomert" stadionunda təşkil olunacaq matç saat 15:00-da başlayacaq.

Kamran Hacı
AzNews.az