«İnter» vahid lider oldu

Dünən Topaz Premyer Liqasında XIII turun 3 oyunu keçirilib. AzNews.az
xəbər verir ki, paytaxtda baş tutan hər 3 matçda meydan sahibləri seviniblər.
Günün ilk görüşündə "Bakı" və "Xəzər Lənkəran" klubları qarşılaşıblar. İspaniyalı yeni baş məşqçisi Karles Martorell Bakesin "ağ-yaşıllar"da debütü uğursuz olub. Xeyli müddət qara zolağa düşən "Bakı" evdə vacib qələbə qazanıb – 2:0.

Digər diqqət çəkən oyun "Qarabağ"la "Simurq" komandaları arasında keçirilib. Birincilik mübarizəsində Ağdam təmsilçisi sevinib (2:1).

Liderlərin büdrəməsindən "İnter" yararlanıb. Bakıda "Turan"ı qəbul edən "beynəlmilləçilər" rəqibin qapısından 2 cavabsız top keçirib.

Kamran Hacı
AzNews.az