AGF-in fotomüsabiqəsinin qalibləri müəyyənləşib - FOTO

Azərbaycan prezidenti cənab İlham Əliyevin sərəncamından irəli gələn "İdman ili"ndə ictimaiyyətin güləş idman növünə və pəhləvanlarımızın uğurlarına diqqətini artırmaq məqsədi ilə, Güləş Federasiyası fotoqraflar arasında müsabiqə keçirib.

Bu tədbir 12-13 mayda Bakıda sərbəst güləş üzrə Dünya kuboku zamanı təşkil olunub. Müsabiqəyə müraciət edən 20-yə yaxın fotoqraf 400-ə qədər foto təqdim edib. İki mərhələli seçimdən sonra nominasiyalar üzrə qaliblər müəyyənləşib.

Qaliblərin mükafatlandırılması dekabr ayında ilin yekunlarına dair təşkil olunacaq mərasimdə baş tutacaq.
Nominasiyalar üzrə qalib gəlmiş fotoları təqdim edirik.

AzNews.az
image description image description image description