Gürcüstanın paytaxtı Tiflisdə kombat taekvando üzrə Gürcüstan açıq birinciliyi keçirilib. Yarışda ölkəmizi Qazax əlbəyəxa döyüş komandasının üzvləri təmsil edib. Komandamızın hər 3 idmançısı vətənə medalla dönməyi bacarıb. İlk olaraq rinqə çıxan Vüqar Bayramov inamlı mübarizəsi ilə yadda qalıb. Gürcüstanın paytaxtı Tiflisdə kombat taekvando üzrə Gürcüstan açıq birinciliyi keçirilib. Yarışda ölkəmizi Qazax əlbəyəxa döyüş komandasının üzvləri təmsil edib. Komandamızın hər 3 idmançısı vətənə medalla dönməyi bacarıb. İlk olaraq rinqə çıxan Vüqar Bayramov inamlı mübarizəsi ilə yadda qalıb.

Azərbaycanlı idmançı 24 saniyəyə ermənini nokauta saldı - Video

Gürcüstanın paytaxtı Tiflisdə kombat taekvando üzrə Gürcüstan açıq birinciliyi keçirilib. Yarışda ölkəmizi Qazax əlbəyəxa döyüş komandasının üzvləri təmsil edib. Komandamızın hər 3 idmançısı vətənə medalla dönməyi bacarıb. İlk olaraq rinqə çıxan Vüqar Bayramov inamlı mübarizəsi ilə yadda qalıb.


TTV-nin verdiyi məlumata görə, ilk iki döyüşündə yerli idmançılarla qarşılaşan Vüqar Bayramov finalda da gürcü həmkarı ilə döyümlə olub və nakautla qələbə çalıb.

Komandanın növbəti üzvü Rəhman Bayramov isə zədəli olması səbəbi ilə finalda qələbə qazana bilməyib və yarışı ikinci pillədə başa vurub.

Komandanın digər üzvü Kənan Davudovun uğuru isə xüsusilə yaddaqalan olub. Belə ki, finaladək inamla irəliləyən Kənan burada erməni rəqibi ilə üz-üzə gəlib: "İlk iki görüşümdə inamı mübarizə apardım. Rəqiblərimi üstələyərk finala adladım. Burada erməni idmançı ilə qarşılaşdığım üçün daha böyük inamla döyüşdüm. Nəticədə 24 saniyəyə onu nokaut etdim."

Rəqibini 24 saniyəyə təslim edən Kənan deyir ki, 5 illik idmançı karyerası dövründə düz 8 dəfə erməni idmançılarla qarşılaşıb. Və bu 8 görüşün hər biri ermənilərin məğlubiyyəti ilə nəticələnib. Kənan Davudov yarışlardan birində Ermənistanı təmsil edən 3 idmançını ardıcıl məğlub edərək baş mükafata da sahib olub.