«Neftçi»nin hücumçusundan «Bolonya» niyə imtina edib?

İtaliyanın "Bolonya" klubu "Neftçi"nin asiyalı futbolçusu Bahadır Nəsimovu sıralarına qatmaq istəyib. Appeninlilər qolçu forvardı Dünya kuboku -2014-ün kvalifikasiya mərhələsi çərçivəsində bu ilin fevralında keçirilmiş Yaponiya – Özbəkistan matçından sonra bəyəniblər. Türklərin 1:0 hesabı ilə qalib gəldiyi oyunda "ağ-qaralar"ın hücumçusu özünü yaxşı tərəfdən göstərib. Bu, "A" Seriyası təmsilçisinin diqqətini cəlb edib.

Sonra "Bolonya" nümayəndələri Bahadırın məxsus olduğu "Neftçi" klubu ilə danışıqlara başlayıb. AzNews.az-a daxil olan xəbərə görə, maliyyə danışıqlarında Azərbaycan futboluna xas xüsusiyyət – qiymət şişməsi baş verib və transfer məbləği gerçəkdən yana, 1.5 milyon ABŞ dolları yüksəlib. Sonda italiyalılar 1.2 milyonun üzərində dayanıblar. Amma az keçməmiş bu anlaşma baş tutmayıb. "Bolonya" özbəkistanlı forvardın artıq zədəli olduğunu duyub.

Qeyd edək ki, ötən mövsüm tez-tez yaşıl meydandan kənar düşən Bahadırın yazda "Xəzər Lənkəran"la matçda aldığı zədə gözlənildiyindən ciddi olub. Hücumçunun Almaniyada cərrahiyyə əməliyyatı keçirməsinə baxmayaraq, Avrokubokda və yeni çempionatda hələ forma geyinməyib.

Kamran Hacı
AzNews.az