Peşəkar boks üzrə Avropa və 4 qat dünya çempionu, peşəkar döyüşlərin qalibi Azad Əzizov 2 illik fasilədən sonra 36-cı dəfə peşəkar rinqə çıxıb. Onun rəqibi 174 sm boya malik çexiyalı Pavel Hermann olub. Həmyerlimiz karyerasında 31-ci qələbəsini qazanıb. Bununla da aktivinə 18-ci dəfə nokaut qələbəsi yazdırıb. Peşəkar boks üzrə Avropa və 4 qat dünya çempionu, peşəkar döyüşlərin qalibi Azad Əzizov 2 illik fasilədən sonra 36-cı dəfə peşəkar rinqə çıxıb. Onun rəqibi 174 sm boya malik çexiyalı Pavel Hermann olub. Həmyerlimiz karyerasında 31-ci qələbəsini qazanıb. Bununla da aktivinə 18-ci dəfə nokaut qələbəsi yazdırıb.

Almanları şoka salan azərbaycanlı: “Darıxmışdım” - Video

Peşəkar boks üzrə Avropa və 4 qat dünya çempionu, peşəkar döyüşlərin qalibi Azad Əzizov 2 illik fasilədən sonra 36-cı dəfə peşəkar rinqə çıxıb. Onun rəqibi 174 sm boya malik çexiyalı Pavel Hermann olub. Həmyerlimiz karyerasında 31-ci qələbəsini qazanıb. Bununla da aktivinə 18-ci dəfə nokaut qələbəsi yazdırıb.


İdmançımız bu qələbə ilə Almaniya mətbuatının diqqət mərkəzinə gəlib.

Azad Əzizov AzNews.az-a müsahibəsində qələbəsindən danışıb.

- Uzun fasilədən sonra döyüşmək necə idi?

- Düzdür birinci raundun əvvəli bir az çətinlik olurdu, amma rinqdə döyüşmək üçün darıxmışdım. Etiraf edim ki, çox həyacanlı idim. Sanki peşəkar boksda keçirdiyim ilk gün yadıma düşdü.

- Paslanma var idi? Yoxsa verilən fasilənin gücünüzə, taktika və texnikanıza, sürətinizə heç bir təsiri olmayıb?

- Özümə inanaraq rinqə çıxdım. Amma fikirləşdiyim qədər çətin olmadı.



- Bəs rəqibinizə zəif döyüşçü demək olardı?

- Rəqib də güclü idi. Ancaq aldığı zərbələrə 3-cü raunda qədər dözə bildi. Beləliklə də mən 3-cü raundda nokaoutla (18-ci nokaut) qalib gəldim.

- Rəqibdə hansısa ciddi iz buraxa bildinizmi?

- Rəqibim 1-ci raundda ciyər nahiyəsinə, 3-cü raundda baş nahiyəsinə aldığı zərbə üzündən döyüşü dayandırmalı oldu. Beləliklə də nokaut oldu.
O döyüşdən əvvəl qalib olacağını deyirdi. Ancaq döyüşdən sonra aldığı zərbələrdən danışdı.



- Növbəti döyüş nə vaxt üçün nəzərdə tutulub?

- Almaniyada çalışdığım Odlar Yurdu boks klubunun meneceri Anar Axundzadə hazırda növbəti döyüşün baş tutması üçün danışıqlar aparır.

- Bir daha belə uzun fasilə verib, rinqdən uzaq qalma ehtimalınız varmı?

- Düşünmürəm. Çünki mən peşəkar rinq üçün hələ gənc kadram. Hələ bu idmanda lazımam.

Aygün İLQARQIZI