Makkarone "Empoli"yə qələbə qazandırdı

İtaliya A seriyasında qış fasiləsi başa çatıb. Bu gün 19-cu tura start verilib.

AzNews.az komanda.az-a istinadən bildirir ki, turun ilk oyununda "Empoli" "Palermo"nu minimal hesabla məğlub edib.

Lider "Yuventus" isə bazar günü meydana çıxacaq. "Qoca sinyora" evdə "Bolonya"nı sınağa çəkəcək.

İtaliya A seriyası, 19-cu tur

7 yanvar

Empoli - Palermo 1:0

Qol: Makkarone, 78-pen.

23:45 Napoli - Sampdoriya

8 yanvar

15:30 Udineze - İnter
18:00 Milan - Kalyari
18:00 Kyevo - Atalanta
18:00 Cenoa - Roma
18:00 Latsio - Krotone
18:00 Peskara - Fiorentina
18:00 Sassuolo - Torino
23:45 Yuventus - Bolonya

Bombardirlər: İkardi (İnter) - 14, Dzeko (Roma) - 13, Belotti (Torino) - 13, Mertens (Napoli) - 11, İquayn (Yuventus) - 10, İmmobile (Latsio) - 9.