Useyn Bolt Olimpiya qızılından məhrum edildi

Dünyaca məşhur sprinter, sürət rekordçusu, yamaykalı atlet Useyn Boltun əlindən Pekində qazandığı qızıl medal alınıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb idmançının komada yoldaşı Nestor
Karter olub. Belə ki, onun qanında dopinq aşkarlanıb.

Beynəlxalq Olimpiya Komitəsinin apardığı yoxlama nəticəsində Karterin qanında turinabol adlı maddə tapılıb. Bu səbəbdən komanda 4х100 metrəyə estefet yarışında qazandığı qızıl medallardan məhrum edilib.

Qeyd edək ki, Useyn Boltun hesabında bir qızıl olimpiya medalı azalaraq sayı 8 olub.