"Qarabağ"ın futbolçusu Reynaldo Silvanın Türkiyə Super Liqasında mübarizə aparan "Adanaspor" klubuna keçidi yekunlaşmaq üzrədir. "Qarabağ"ın futbolçusu Reynaldo Silvanın Türkiyə Super Liqasında mübarizə aparan "Adanaspor" klubuna keçidi yekunlaşmaq üzrədir.

Reynaldo Türkiyəyə gedir - Qurban Qurbanov açıqladı

"Qarabağ"ın futbolçusu Reynaldo Silvanın Türkiyə Super Liqasında mübarizə aparan "Adanaspor" klubuna keçidi yekunlaşmaq üzrədir.

AzNews.az newsport.az-a istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov danışıqların yekunlaşmaq üzrə olduğunu deyib:

"Bir neçə klub Reynaldoyla maraqlanmışdı. Amma "Adanaspor"la razılığa gəldik. Sabah agenti İstanbula gələcək və danışıqlar aparacaq. Əgər müsbət yekunlaşsa, Reynaldo sabah tibbi müayinədən keçəcək və rəsmi müqavilə imzalayacaq".