Bu gün müstəqil Azərbaycan futbolunun yetişdirdiyi ən parlaq simalardan olan Zaur Tağızdənin ad günüdür. “Qızıl oğlan”ın 38 yaşı tamam olur. Bu gün müstəqil Azərbaycan futbolunun yetişdirdiyi ən parlaq simalardan olan Zaur Tağızdənin ad günüdür. “Qızıl oğlan”ın 38 yaşı tamam olur.

Futbolumuzun “Qızıl oğlan”ı 38 yaşında! - Video

Bu gün müstəqil Azərbaycan futbolunun yetişdirdiyi ən parlaq simalardan olan Zaur Tağızdənin ad günüdür. “Qızıl oğlan”ın 38 yaşı tamam olur.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, peşəkar karyerasına Mingəçevirin “Kür-Nur” klubunda (10 oyun; 4 qol) başlayan Tağızadə 1997-ci ildə Estoniyaya yollanıb. Bu ölkənin “Lelle Pyarnu” klubunda meydana çıxdığı 6 oyunda 2 dəfə fərqlənən Zaur, ardınca İslandiyaya yollanıb. “Akranes”də 3 oyun keçirdikdən sonra (1 qol) vətənə qayıdıb. “Şəfa”da 6 ay (16 oyun; 2 qol) forma geyib və yenidən Estoniyaya üz tutub. “Flora Tallin” (9 oyun; 4 qol) onun karyerasında sonuncu əcnəbi klub olub.

1999-2000 mövsümündə Bakı MOİK-ində (10 oyun; 1 qol) forma geydikdən sonra “Şəfa”ya keçib. 4 il bu klubun uğurları üçün çalışan Tağızadə 100 oyunda 17 dəfə fərqlənib. “Qızıl oğlan” 2004-cü ildə karyerasının son klubu - “Neftçi” ilə anlaşıb. 2010-cu ildə məhz burada o, karyerasına son qoyub - 132 oyun, 31 qol.

“Neftçi”nin heyətində 2 dəfə ölkə çempionu olan, 2 dəfə ölkə kubokunu və 1 dəfə “Birlik Kuboku”nu qazanan Tağızadə 2001-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.

1997-2007-ci illər aralığında milli komandamızın formasını geyən Tağızadə 40 oyunda 6 dəfə fərqlənib ki, bu qollardan da ən unudulmazı 1999-cu il sentyabrın 4-də Bakıda Portuqaliyanın qapısına vurduğu topdur.

2010-2011 mövsümündə “Neftçi”nin əvəzedicilərində məşqçi kimi çalışan Zaur Tağızadə, 2011-ci ildən “Qarabağ”ın seleksiyaçı məşqçisidir.