"Azərbaycan hökumətinin müsəlman ölkələri arasında islam həmrəyliyini gücləndirmək və təbliğ etmək istiqamətindəki səylərini dəstəkləyirik". "Azərbaycan hökumətinin müsəlman ölkələri arasında islam həmrəyliyini gücləndirmək və təbliğ etmək istiqamətindəki səylərini dəstəkləyirik".

“Azərbaycanın islam həmrəyliyini gücləndirmək səylərini dəstəkləyirik” - ECO

"Azərbaycan hökumətinin müsəlman ölkələri arasında islam həmrəyliyini gücləndirmək və təbliğ etmək istiqamətindəki səylərini dəstəkləyirik".

APA-nın məlumatına görə, bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) İslamabadda keçirilən sammitinin yekununda qəbul olunan bəyannamədə deyilir. Bəyannamədə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilməsi də yüksək qiymətləndirilib: “Üzv ölkələri Azərbaycanda "İslam Həmrəyliyi ili" çərçivəsində təşkil olunacaq tədbirlərdə, o cümlədən 4-cü İslam Həmrəyliyi Oyunlarında və may ayında keçiriləcək 4-cü Mədəniyyətlərarası Dialoq Forumunda aktiv iştirak etməyə çağırırıq”.

AzNews.az