- Köhnə - İdman
- 7 Aprel 2017 12:45
- 4 819
Komandamız ilk medalını qazandı

Bolqarıstanın paytaxtı Sofiyada 21 yaşadək taekvandoçular arasında Avropa çempionatına start verilib.
Azərbaycan Taekvando Federasiyasından AzNews.az-a bildirilib ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.
Komandamızın heyətində Fizam Mehtiyev ölkəmizə ilk medalı qazandırıb. Təmsilçimiz 58 kiloqram çəki dərəcəsində ilk döyüşünü Albert Hovannisyana qarşı keçirib və mübarizədən qalib ayrılıb. Həmyerlimiz Ermənistan taekvandoçusunu isə 23:3 hesabı ilə məğlub edib. İdmaçımız daha sonra yerli Koloyan Binevi və ukraynalı İqor Poyedinoku da məğlub edərək yarımfinala adlayıb. Finala vəsiqə uğrunda İsrail taekvandoçusu Dmitri Naqayevlə gərgin keçən döyüşün əsas vaxtı bərabər hesabla bitsə də, F.Mehtiyev qızıl xalla məğlub olaraq, bürünc medalla kifayətlənib.