"Real"ın futbolçusu Kriştiano Ronaldo vergidən yayınma iddiasıyla məhkəməyə verilib. "Real"ın futbolçusu Kriştiano Ronaldo vergidən yayınma iddiasıyla məhkəməyə verilib.

Ronaldo məhkəməyə verildi - Messinin vəziyyətinə düşdü

"Real"ın futbolçusu Kriştiano Ronaldo vergidən yayınma iddiasıyla məhkəməyə verilib.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Madrid prokurorluğunda qaldırılan iddianamədə hücumçunun 2011-2014-cü illər aralığında imici ilə bağlı gəlirlərini əskik göstərərək, bütövlükdə 14,75 milyon avro vergidən yayındığı qeyd olunub.

Məhkəmənin yaydığı yazılı açıqlamada 32 yaşlı futbolçunun "Real"a transfer olunduğu 2010-cu ildə qurduğu bir şirkət vasitəsilə bilərəkdən vergidən yayındığı bildirilir.

Qeyd edək ki, K. Ronaldoya İspaniya qanunlarına uyğun olaraq, 1-5 il aralığında həbs cəzası verilməsi nəzərdə tutulub.