Argentinada “Sport Pacifico” klubunun müdafiəçisi rəqib komandanın hücumçularına dəfələrlə iynə batırıb. Argentinada “Sport Pacifico” klubunun müdafiəçisi rəqib komandanın hücumçularına dəfələrlə iynə batırıb.

Futbolçu rəqibi iynələdi

Argentinada “Sport Pacifico” klubunun müdafiəçisi rəqib komandanın hücumçularına dəfələrlə iynə batırıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Federiko Allendenin əsas hədəfi kolumbiyalı hücumçu Xuan Otere olub.

Hadisə “Sport Pacifico” ilə “Estudiantes” matçı zamanı baş verib. Matç ev sahibinin 3-2 qələbəsi ilə başa çatıb.

Lakin Allendenin qələbə sevinci çox çəkməyib. Futbolçu belə bir hərəkətə yol verdiyini etiraf etdikdən sonra klubun prezidenti Ektor Monkada onu klubdan qovacağını deyib.

Bəxtiyar Abbasov

AzNews.az