Ötən gün 2017 Formula 1 Azərbaycan Qran Prisinin final yarışı keçirildi. Ötən gün 2017 Formula 1 Azərbaycan Qran Prisinin final yarışı keçirildi.

"Buna inanmaq mümkün deyil" - Rikkardo

Ötən gün 2017 Formula 1 Azərbaycan Qran Prisinin final yarışı keçirildi.

AzNews.az xəbər verir ki, möhtəşəm yarışın qalibi Red Bull pilotu Daniel Rikkardo oldu.

Yarışdan sonra qalib kimi mətbuata təəssüratlarını bölüşən ulduz pilot ağlasığmaz bir yarış olduğunu, qalib olmağına hələ də inanmadığını deyib:

"Yalnız restartdan sonra mən anladım ki, podiuma qalib kimi çıxmaq şansım var. Daha sonra məlum oldu ki, Sebastyan Fettel və Luis Hemiltonun problemləri var. Yarış zamanı mənim planlaşdırılmamış pit-stopum oldu. Bir neçə dairədən sonra yola səpələnən qırıntılar tormozların hava xəttinə düşdü, təmizləmək üçün bokslara getmək lazım oldu.

Bundan sonra mən 17-ci mövqeyə enməli oldum. Bu zaman mən qalib ola biləcəyimə qətiyyən inanmırdım.

Düzünü desəm, daha deməyə sözüm qalmayıb. Yarış bitəndən sonra mən məktəkli kimi dayanmadan gülürdüm"

Fəridə Abdullayeva

AzNews.az