- Köhnə - İdman
- 1 İyul 2017 00:00
- 17 351
Messinin qonaqlardan xahişi - "Toya pul salın" (Foto)
"Barcelona" klubunun argentinalı ulduz futbolçusu Leonel Messinin toyu olacaq.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu toyuna gələcək qonaqlardan hədiyyə əvəzinə, pul bağışlamağı xahiş edib. O, toydan yığılacaq pulu xeyriyyə fonduna göndərəcək.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2009-cu ildə uşaqlar üçün tibbi xidmət göstərən, təhsil və idmanda kömək edən xeyriyyə fondu yaradıb.
Messinin Antonella Rokkusso ilə toyu Argentinada, doğulduğu Rosario şəhərində baş tutacaq. Cütlüyün 2 oğul övladı var.
Toyda iştirak etmək üçün artıq Messinin məşhur komanda yoldaşları Xavi, Puyol, Suarez, eləcə də Pike həyat yoldaşı Şakira ilə Rosarioya təşrif buyurub.
Fəridə Abdullayeva
AzNews.az