Fatih Terim istefa verdi

Türkiyənin futbol üzrə milli komandasının baş məşqçisi Fatih Terim vəzifəsindən istefa verib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən mövzuya bağlı etdiyi şərhdə, "Fatih Terim Türkiyənin Futbol üzrə milli komandasının baş məşqçisi vəzifəsindən istefa verdi. Qarşılıqlı razılaşma əsasında vəzifəsindən ayrıldı"-deyib.