- Köhnə - İdman
- 7 Oktyabr 2017 09:26
- 5 053
DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində IX tura yekun vurulacaq
Bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində IX tura yekun vurulacaq.
AzNews.az “APA”ya istinadən xəbər verir ki, son olaraq A, B və H qrupundakı komandalar meydana çıxacaqlar.
A qrupunda iddiaçılar Fransa, İsveç və Hollandiya uyğun olaraq Bolqarıstan, Lüksemburq və Belarusla qarşılaşacaqlar.
B qrupunda isə Portuqaliya və İsveçrə son turdakı liderlik savaşından öncə sürpriz xal itkisinə yol vermək istəmirlər.
H qrupunda mundiala vəsiqəni təmin etmiş Belçika Bosniya və Hersoqovina səfərinə yollanacaq. Bosniyalılar ikinciliyi əldən verməmək üçün mütləq qələbə qazanmalıdır. İkinci pillənin digər iddiaçısı Yunanıstan isə Kiprlə üz-üzə gələcək.
AzNews.az