UEFA “Qarabağ”dan reportaj hazırladı, məşhur kanalda yayımladı (Video)

UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edən “Qarabağ” klubundan reportaj hazırlayıb.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qitə futbol qurumunun hazırladığı reportajı Rusiyanın “Matç TV” kanalı yayımlayıb.

Reportajda “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov və kapitan Rəşad Sadıqov müsahibə veriblər.

Burada həmçinin “Qarabağ” klubunun tarixindən və işğal olunmuş torpaqlardan söz açılıb.