Bakı şəhər halqasının yaradıcısı Hermann Tilke rusiyalı jurnalistlərə müsahibəsində Azərbaycan Qran-Prisi haqqında danışıb. Bakı şəhər halqasının yaradıcısı Hermann Tilke rusiyalı jurnalistlərə müsahibəsində Azərbaycan Qran-Prisi haqqında danışıb.

"Bakı halqasında xüsusi yarış ab-havası var" - Hermann Tilke

Bakı şəhər halqasının yaradıcısı Hermann Tilke rusiyalı jurnalistlərə müsahibəsində Azərbaycan Qran-Prisi haqqında danışıb.

AzNews.az xəbər verir ki, şəhər trasında ötüb keçmənin çətin olduğu haqda fikirlə razılaşmayan Hermann Tilke Bakı trasını buna misal gətirib:

"Bəs, Bakı şəhər halqası? Orada ötüb keçmələrdə hər şey qaydasındadı. Bəli, bəzi şəhərlərdə bu daha çətindi. Yolun kənarındakı tikililərə uyğun olaraq, sən halqanı layihələndirirsən. Şəhər trasında yarışmaq pilotlar üçün çətindi. Tamaşaçılarsa yarışa baxmaq üçün çox uzağa getmirlər. Sinqapur, Monako, Bakıda xüsusi yarış atmosferi var. Bütovlükdə isə şəhər halqası avtoidman üçün deyil. Yalnız, top-seriyalar üçündü." - , deyə o, bildirib.