2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli yandırılıb 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli yandırılıb

2018-ci il Qış Olimpiya Oyunlarının məşəli yandırılıb - Foto

2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli yandırılıb

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, alov ənənəyə uyğun olaraq Yunanıstandakı Olimp dağından götürülüb. Tədbir yerli vaxtla saat 12:00-da başlayıb. Güclü yaxış altında keçən mərasimdə ali kahin məşəli alovlandırıb.

7 gün Yunanıstanda səyahətdə olacaq məşəl oktyabrın 31-də Afinadakı “Olimpiakos” stadionunda Pxençxan Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsinin üzvlərinə təhvil veriləcək. Estafetin marşrutu 2018 km olacaq.

Qeyd edək ki, Olimpiada gələn il fevralın 9-dan 25-dək davam edəcək.