Çempionlar Liqasında qrup mərhələsinin IV turuna start verilir. Çempionlar Liqasında qrup mərhələsinin IV turuna start verilir.

"Qarabağ" üçün son sınaq

Çempionlar Liqasında qrup mərhələsinin IV turuna start verilir.

Bu gün "Qarabağ" komandası Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

AzNews xəbər verir ki, Ağdam təmsilçisi IV tur çərçivəsində İspaniyada "Atletiko"nun qonağı olacaq.

Adıçəkilən komandaların ilk görüşü oktyabrın 18-də Bakı Olimpiya Stadionunda olub. Bu oyundan Azərbaycan çempionu madridlilərlə dueldən qolsuz heç-heçə ilə ayrılıb və ilk xalını qazanıb.

"Qarabağ" ilk turda İngiltərədə "Çelsi"yə 0:6, evdə isə İtaliya təmsilçisi "Roma"ya 1:2 hesabı ilə uduzub.

Oyun saat 23:45-də başlayacaq. "Atletiko" (İspaniya) – "Qarabağ" (Azərbaycan) oyunun baş hakimi Deniz Aytekindir.