"Qarabağ" kuboksuz qaldı - gözlənilməz nəticə

Bu gün Azərbaycan Kubokunun ¼ final mərhələsinə yekun vurulub.

AzNews.az istinadən xəbər verir ki, mərhələnin son matçında “Sumqayıt” öz meydanında “Qarabağ”ı qəbul edib.

“Qarabağ” ilk matçda 2-1 qalib gəlsə də, səfər matçında 2 cavabsız top buraxıb. Ümumi nəticədə 2-3 hesabı ilə məğlub olan Ağdam təmsilçisi kubokla vidalaşıb.